Ronaldo: "Messi bir nömrədir"

“Əlbəttə ki, Messi bir nömrədir. Biz 20 və ya 30 il gözləməliyik ki, bənzər futbolçu görək”.

Bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib. “Yekədiş” ləqəbi ilə tanınan futbol əfsanəsi dünyanın ən yaxşı futbolçusu ilə bağlı sualı cavablandırıb.

O, İspaniya “Barselona”sının argentinalı hücumçusu Lionel Messini fərqləndirib: “Məhəmməd Salah, Eden Azar, Neymar da xoşuma gəlir. Mən onların oyununu seyr etməyi sevirəm. Bir də əlbəttə ki, Killian Mbappe. Onu mənimlə müqayisə edirlər?

Mənə bənzəyən əksər futbolçular barədə belə deyirlər. Onlar sürətlidir, yaxşı texnikaya malikdirlər, əla hərəkət edirlər, hər iki ayaqla oynamağı bacarırlar. Biz oxşarıq, amma müqayisələrdən heç vaxt xoşum gəlməyib. Xüsusilə də müxtəlif nəsillərin oyunçularının müqayisəsini sevmirəm. Çünki fərqli dövrlər olub”./ONA

Tarix
31 May 2019 [22:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-31 22:29:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin