Ukrayna pasportu Saakaşviliyə qaytarıldı - FOTO

16:10 - 29 May 2019 - DÜNYA

Gürcüstanın keçmiş Prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb. 

Bununla bağlı Saakaşvili özü sosial şəbəkədə məlumat paylaşıb. “Ukraynanın Varşavadakı gözəl konsulu mənə Ukraynaya qayıtmaq üçün pasportumu qaytarıb. İndi isə aeroporta, oradan isə Kiyevə!”

Qeyd edək ki, dünən Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.
Saakaşvili 2017-ci il iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Bununla bağlı Ukraynanın ozamankı Prezidenti Petro Poroşenko fərman imzalayıb./oxu.az

 


Xəbər xətti