Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Qaxda diametri 1,4 sm olan dolu düşüb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən "Report"a verilən məlumata görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub.

Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda (Qax) diametri 1,4 sm olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.

Mayın 27-də Bakıda iqlim normasından 3.2° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25° isti, aran rayonlarında 27-32° isti, dağlıq rayonlarda 19-21° isti, Naxçıvan MR-da 28-31° isti təşkil edib.

Tarix
28 May 2019 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-28 14:49:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin