Göyçayda üç maşın toqquşub- Foto

12:01 - 28 May 2019 - HADİSƏ

Göyçay rayonunda zəncirvari qəza baş verib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223-cü kilometrliyində, Göyçay şəhərinin Xurşudbanu Natavan küçəsində qeydə alınıb.

Yevlax istiqamətində hərəkət edən "VAZ-21015" markalı minik maşını idarəetməni itirərək digər iki "VAZ" markalı avtomobillərə çırpılıb. Nəticədə sürücülərdən biri - İntiqam Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti