Nazirlik əməkdaşlarının olduğu avtobusa hücum edildi: 10 yaralı

11:34 - 27 May 2019 - HADİSƏ

Əfqanıstanda Həcc və Din işlər üzrə nazirlik əməkdaşlarının olduğu avtobusa edilən hücum nəticəsində 10 nəfər xəsarət alıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli DİN-ə istinadən məlumat yayıb.

Nazirlik əməkdaşının məlumatına görə, insident mayın 27-si səhər Kabil şəhərində ikinci polis dairəsində baş verib.

Hələ ki, heç bir qruplaşma törədilən hadisəni öz üzərinə götürməyib.

 

Namiq

Xəbər xətti