"Facebook" 3 milyarddan çox saxta hesab silib

07:05 - 24 May 2019 - Xəbər

"Facebook" şirkətinin əməkdaşları 2018-ci ilin oktyabr ayından 2019-cu ilin martınadək sosial şəbəkədə 3 milyarddan çox spam və dezinformasiya yayan saxta hesab silib.

 2018-ilin oktybar-dekabr dövrü ərzində 1,2 miyard hesab, 2019-cu ilin yanvar-mart dövrü ərzində isə 2,2 milyard hesab ləğv edib.

Şirkət bildirib: "Biz son 6 ayda "Facebook"da "feyk" hesablarının yaradılması hallarının çoxalmasının gördük".

Qeyd olunur ki, bu hesabların çoxusu qeydiyyatdan bir neçə dəqiqə sonra aşkar olunub - yəni digər istifadəçilərin onları görməsindən öncə./trend

Xəbər xətti