Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Bakıda Xəzərə dair beynəlxalq forum keçiriləcək

Bakıda Xəzər dənizi ehtiyatlarının istifadəsinə dair beynəlxalq forum keçiriləcək.

Bu barədə “Report”a Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Rusiya hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru akademik Taliyyə Xəbriyeva bildirib.

“Azərbaycan Prezidentinin bu məsələdə müsbət rəyini almışıq. Fikrimizcə, forumu keçirmək üçün bütün mənalarda ən əlverişli yer Bakıdır. Çünki Bakı Xəzər sahilində yeganə paytaxt şəhərdir, üstəlik təmkinli, tarazlı siyasət yeridən bir ölkə olan Azərbaycanın paytaxtıdır”, – o deyib.

Rusiyalı alim forumun gələn ilin may ayında, yaxud payız aylarında keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Habelə bu forumun davamı olaraq gələcəkdə Bakıda Xəzər sahili ölkələrin qarşılıqlı əlaqələrinə əsaslanan beynəlxalq araşdırmalar mərkəzi açmaq fikrimiz var” – T.Xəbriyeva diqqətə çatdırıb.

İnstitut direktoru Azərbaycan və Rusiya Elmlər akademiyaları arasında fəlsəfə, hüquq, ekologiya sahəsində irimiqyaslı elmi layihə həyata keçirmək barədə razılaşma əldə edildiyini bildirib.

Tarix
23 May 2019 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 16:55:33
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin