Tovuzda avtomobil azyaşlını vuraraq öldürüb

21:32 - 18 May 2019 - HADİSƏ

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Ağdam kəndində qeydə alınıb. Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti