Putin və Ərdoğan arasında telefon danışığı olub

04:10 - 14 May 2019 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı ölkə başçıları Suriyadakı "İdlib deeskalasiya bölgəsi"ndə döyüşçülər tərəfindən tez-tez müşahidə olunan atəşkəsin pozulması hallarını müzakirə ediblər.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib./ Trend

Xəbər xətti