Sumqayıtda yük maşınından 15 min manat oğurlanıb

15:16 - 10 May 2019 - HADİSƏ

Sumqayıt şəhərində yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şəhər ərazisində “DAF” markalı yük avtomobilindən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qafqazinfo

Xəbər xətti