Əfqanıstanda mina partlaması nəticəsində 4 uşaq ölüb

13:35 - 10 May 2019 - DÜNYA

Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətində mina partlaması nəticəsində 4 uşaq ölüb.

ONA-nın "Tolo News" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 uşaq həyatını itirib, 5 nəfər yaralanıb. Polis bildirib ki, uşaqlar təhlükəsizlik əməkdaşlarına hücum məqsədilə terrorçular tərəfindən yol kənarında yerləşdirilən minaya düşüblər.

Ölənlərin yaşı bildirilmir.

Xəbər xətti