"Futbolçularım qəhrəmandır, Moura isə ..."

03:49 - 9 May 2019 - İDMAN

"Hələ ki, mənə danışmaq çətindir. Futbolun sayəsində əla duyğularım var. Hələ ötən il demişdim ki, oyunçularım qəhrəmandır".

Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalının "Ayaks"la cavab matçından sonra mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis komandasının möhtşəm qələbəsini belə şərh edib: "İkinci hissədə komandam inanılmaz oyun göstərdi. Futbola minnətdar  olmalıyıq ki, heç yerdə yaşaya bilməyəcəyimiz emosiyaları bizə verir. Hamıya təşəkkür edirəm. Duyğularımı təsvir etmək çətindir.

Bu gün idmanı, futbolu sevdiyimizi göstərdik. Bu oyunu izləmək xoş idi. Bu komandanın baş məşqçisi olduğum üçün şadam. "Tottenhem"in bütün futbolçuları qəhrəmandır. Moura isə superqəhramandır".

Xatırladaq ki, evdə keçirdiyi görüşdə 0:1 hesabı ilə uduzan "Tottenhem" Amsterdamdakı matçda möhtəşəm geridönüş edərək 3:2 qalib gəlib. London klubunun hər 3 qolunu Lukas Moura vurub./ Qol.az

Xəbər xətti