Tələbələri daşıyan avtobus aşdı: 25 yaralı - FOTO

20:27 - 7 May 2019 - HADİSƏ

Türkiyənin Çanaqqala vilayətində “Onsəkkiz Mart” Universitetinin tələbələrini daşıyan avtobusun aşması nəticəsində 25 nəfər xəsarət alıb.

Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə mayın 7-si Biga rayonu, Doğancıköy istiqamətində qeydə alınıb. Bildirilir ki, qəza yolun yağışlı və sürüşkən olması səbəbindən baş verib.

Qəzada sürücü ilə birlikdə 25 nəfər yaralanıb.

Ətrafdakı insanların xəbər verməsi ilə polis və səhiyyə briqadalrı cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə rayonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Xəbər xətti