Elçin Quliyev Gürcüstan Sərhəd Po­lisinin rəisi ilə görüşüb

10:37 - 7 May 2019 - Xəbər

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi,general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib. “Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndiriblər. Onlar Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.  Qeyd edək ki, son günlər Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçi Dağ” məbədi ətrafında olan mübahisəli ərazilər müzakirə mövzusudur. Gürcüstanın Baş Naziri Mamuka Baxtadzenin sözlərinə görə, delimitasiya və demarkasiya prosesi çətin olsa da, həllini tapacaq.

Xəbər xətti