Bakıda motosikletlə avtomobil toqquşub - FOTO

08:41 - 7 May 2019 - HADİSƏ

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoqəza zamanı 1 nəfər xəsarət alıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, gecə saatlarında motosikletçi 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarəetməni itirərək "VAZ 2106" markalı minik maşınına çırpılıb.

Nəticədə motosiklet sürücüsü yüngül bədən xəsarəti alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Polis faktla bağlı araşdırma aparır.


Xəbər xətti