Bakıda zəncirvari qəza: xəsarət alanlar var

08:31 - 7 May 2019 - HADİSƏ

Səhər saatlarında Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

 Olimpiya kompleksinin arxa hissəsi ilə Dərnəgül istiqamətində gedən yolda 3 minik avtomobilinin toqquşması nəticəsində təqribən 5 nəfər xəsarət alıb.

Yaralılardan ikisi kəllə-beyin travması və bədənin əzilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1992-ci il təvəllüdlü Rüstəmzadə Turaldır. Digəri koma vəziyyətində olduğundan adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb./report

Xəbər xətti