Moskvadakı təyyarə qəzasının səbəbləri açıqlanıb

13:15 - 6 May 2019 - HADİSƏ

Rusiya İstintaq Komitəsi Moskvada “Sukhoi SuperJet 100” təyyarəsinin qəzasının əsas səbəblərini açıqlayıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, komitənin sözçüsü Svetlana Petrenkonun bu barədə verdiyi məlumata görə, səbəblər arasında pilotların, dispetçerlərin, texniki heyətin naşılığı, texniki nasazlıqlar və əlverişsiz hava şəraiti göstərilir.

Xatırladaq ki, ötən gün Moskvanın "Şeremetyevo" hava limanında təcili eniş edən “Sukhoi SuperJet 100” təyyarəsinin yanması təticəsində 41 nəfər ölüb.

Xəbər xətti