Metroda qadınların çantasından oğurluq edən şəxs saxlanıldı- Foto

Keçən ilin dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın 3 gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.

Sonrakı araşdırmalar zamanı Hafiz Hüseynovun metroda daha 3 qadına qarşı da cinayət törətdiyi məlum olub belə ki, Hüseynov Hafiz Səxavət oğlu metroda sıxlıq olan zaman Şəbnəm Əliyeva, Zeynəb Ağayeva, Kəmalə İbadova və Sevda Məmmədovanın çantalarından telefon və pul kisələrini oğurlayıb. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni oğurluq - təkrar törədildikdə maddəsi ilə iş açılıb.

İş baxılması üçün Nizami Rayon Mhkəməsinə göndərilib və ilk iclas mayın 15-nə təyin edilib./News24.az

Tarix
5 May 2019 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-05 11:38:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin