Goranboyun bələdiyyə sədri yol qəzasında ölüb

20:02 - 4 May 2019 - HADİSƏ

Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.


Idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti