Ronaldu məşqçi olacaq

09:14 - 3 May 2019 - İDMAN

"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.

"Report" xəbər verir ki, bu barədə AS bildirib. "Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm", - deyə Ronaldu qeyd edib.

34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800 matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib.

Xəbər xətti