Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır

10:36 - 28 Aprel 2019 - İDMAN

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.

Bu gün Formula 2 pilotlarının ikinci yarışı keçiriləcək. Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.

Start xəttində birinci mövqedə “Merdeces”in pilotu Valtteri Bottas, ikinci - “Merdeces”in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə “Ferrari” təmsilçisi Sebastian Fettel dayanacaq.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır./trend


 


Xəbər xətti