Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

11:03 - 26 Aprel 2019 - HADİSƏ

Bakıda fəhlə binadan yıxılıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti