Zelenski MSK-nı ittiham etdi: “Qalib gəlmişəm, amma ...”

23:26 - 25 Aprel 2019 - DÜNYA

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.

Zelenski “Facebook” səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. “Çox gülməli şeylər baş verir – qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, – deyə Zelenski əlavə edib.

Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.

Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər. /Virtualaz.org

Xəbər xətti