“Nissan” 771 ədəd avtomobili geri çağırır

14:41 - 24 Aprel 2019 - AVTO

“Nissan” avtomobil şirkəti Rusiyadan 771 ədəd “Nissan Terrano” avtomobilini əyləc sistemində yarana biləcək nasazlığa görə geri çağırır.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu 2017-ci ilin iyulun ayından 2018-ci ilin yanvar ayına kimi olan avtomobilləri əhatə edir.

Nəqliyyat vasitələrində yoxlamalar aparılacaq və lazım gələrsə yeniləri ilə əvəzlənəcək.

Avtomobil sahiblərinə bütün təmir xərcləri ödənişsiz həyata keçiriləcək.

 

Namiq

Xəbər xətti