Bakıda 13 yaşlı qızı özünü 5-ci mərtəbədən atıb

18:25 - 22 Aprel 2019 - HADİSƏ

Bakıda 13 yaşlı yeniyetmə qız özünü öldürmək istəyib.

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Aprelin 21-də saat 18:20 radələrində akademik Mir Cəlal Paşayev küçəsi ev 8 ünvanında 13 yaşlı Məmmədli Ülviyyə Ülvi qızı özünü beşinci mərtəbədən atıb.

Xoşbəxtlikdən qız yerə düşən zaman ağaca ilişib və sağ qalıb. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta-ağırdır.

Araşdırma zamanı məlum olub ki, Ü.Məmmədli həmin küçədə ev 24 ünvanında yaşayır.
Hələlik onun intihara cəhd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti