Silahlılar şənlik iştirakçılarına hücum etdi: 9 ölü, 2 yaralı

05:45 - 22 Aprel 2019 - HADİSƏ

Venesuelada silahlı şəxslər şənlik mərasimi iştirakçılarına hücum ediblər. Bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, hadisə Araqua ştatında baş verib. Hücum zamanı 9 nəfər öldürülüb, 2 nəfər yaralanıb. Polis bildirib ki, hücum Pasxanı bayram edən ailəyə qarşı törədilib. Quldurlar hücumdan sonra cinayətin izini ört-basdır etmək üçün evi yandırıblar.

Hadisə zamanı 5 nəfəri xilas etmək mümkün olub. Hazırda polis şahidləri dindirir. ("Report")

Xəbər xətti