Sumqayıtda doğuş zamanı körpə ölüb

20:54 - 20 Aprel 2019 - HADİSƏ

Sumqayıtda körpə ölümü baş verib. 

UCnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin 2 nömrəli Doğum Evində baş verib. Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb. Köpənin hansı səbəbdən öldüyü məlum deyil.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını deyib:
“Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.

Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.

Xəbər xətti