Qəbələdə iki maşın toqquşub, ölən və xəsarət alanlar var

18:10 - 20 Aprel 2019 - HADİSƏ

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə bu gün İsmayıllı-Qəbələ yolunun Bunud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /ONA

Xəbər xətti