Bərdədə doğuş zamanı daha bir körpə öldü

10:30 - 20 Aprel 2019 - HADİSƏ

Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.

Rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da “vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub. Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü  tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib./qafqazinfo

Xəbər xətti