Dinqo itləri təkərli evdən körpəni götürüb aparmaq istədilər

07:45 - 19 Aprel 2019 - HADİSƏ

Avstraliyanın şərqində yerləşən Freyzer adasında dinqo iti bir ailənin istirahət etdiyi təkərli evə girərək 1 yaşlı oğlanı götürüb aparmaq istəyib. Ucnoqta.az xəbər verir ki, bu barədə ABC portalı məlumat yayıb.

Körpənin qışqırığını eşidən ata tez itin ağzından uşağı alıb.

O, iti gözləyən digər sürünü də ətrafdan qovalayıb.

Körpə oğlan boynundan aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər uşağın başında çatın  yarandığını bildiriblər.

 

Namiq

Xəbər xətti