Balakən sakinini ilan sancıb

23:01 - 18 Aprel 2019 - HADİSƏ

Balakəndə 53 yaşlı kişini ilan sancıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qazma kəndində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Balayev Firudin Zaməddin oğlu yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən qəfildən ilan onun sol əlindən sancıb. Z.Balayev yaxınlarının köməkliyi ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən ONA-ya bildirilib ki, F.Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

F.Balayev, vəziyyəti nəzərə alınmaqla, müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilir.

Xəbər xətti