Bakıda maşın piyadanı vuraraq öldürüb

06:36 - 18 Aprel 2019 - HADİSƏ

Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Xocahəsən yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil 1950-ci il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub. Hadisəni törədən şəxs (ad-soyad hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Lakin ağır kəllə-beyin travması almış kişinin həyatını xilas etmək mümkün olmayıb. ("Report")

Xəbər xətti