"WhatsApp"da möhtəşəm YENİLİK

23:27 - 17 Aprel 2019 - DİGƏR

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" daha bir yeniliyə imza atıb.

Etdiyi yeniliklərlə istifadəçilərini mütəmadi olaraq sevindirən proqram bu dəfə hərəkətli smayliklər üzərində çalışır. Animasiyalı smaylik yeniliyi hazırda inkişaf mərhələsində olduğu üçün onunla bağlı ətraflı məlumat verilmir. Lakin əldə edilən informasiyaya əsasən, yenilik ilk olaraq iOS istifadəçilərinin ixtiyarına veriləcək.

Yenilik “WhatsApp Web” də daxil olmaqla bütün platformalarda istifadəyə veriləcək./redaktor.az

Xəbər xətti