Mikroavtobus yük maşını ilə toqquşdu: 11 ölü, 7 ağır yaralı – FOTO+VİDEO

07:27 - 17 Aprel 2019 - HADİSƏ

Pakistanda mikroavtobus yük maşını ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, faciəvi hadisə ölkənin Mastunq şəhərində qeydə alınıb. “Pakistan Today” portalının məlumatına görə, mikroavtobusun salonunda qadınlar və uşaqlar olub. Qəza nəticəsində 11 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların vəziyyəti ağırdır.

Hadisə yerinə tibb və xilasetmə əməkdaşları cəlb edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Xəbər xətti