Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Mikroavtobus yük maşını ilə toqquşdu: </font>11 ölü, 7 ağır yaralı<font color=red> – FOTO+VİDEO</font></b>

07:27 - 17 Aprel 2019 tarixində dərc olunub.

Pakistanda mikroavtobus yük maşını ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, faciəvi hadisə ölkənin Mastunq şəhərində qeydə alınıb. “Pakistan Today” portalının məlumatına görə, mikroavtobusun salonunda qadınlar və uşaqlar olub. Qəza nəticəsində 11 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların vəziyyəti ağırdır.

Hadisə yerinə tibb və xilasetmə əməkdaşları cəlb edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Müəllif: