Şagirdləri daşıyan avtobus aşdı: azı 20 nəfər yaralanıb - FOTO

10:13 - 16 Aprel 2019 - HADİSƏ

Türkiyədə şagirdləri daşıyan avtobus, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Dənizli əyalətinin Acıpayam rayonunda qeydə alınıb.

Qəza nəticəsində azı 20 nəfər şagird xəsarət alıb.

Hadisə yerinə səhiyyə, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Polis qəzanın hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparır.

 

Namiq


Xəbər xətti