Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Şagirdləri daşıyan avtobus aşdı: </font>azı 20 nəfər yaralanıb<font color=red> - FOTO</font></b>

10:13 - 16 Aprel 2019 tarixində dərc olunub.

Türkiyədə şagirdləri daşıyan avtobus, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Dənizli əyalətinin Acıpayam rayonunda qeydə alınıb.

Qəza nəticəsində azı 20 nəfər şagird xəsarət alıb.

Hadisə yerinə səhiyyə, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Polis qəzanın hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparır.

 

Namiq

Müəllif: