Bu gün həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər

15:29 - 28 Mart 2019 - SİYASƏT

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən, yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq”, - deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib. report

Xəbər xətti