Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib

23:50 - 26 Mart 2019 - Xəbər

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata əsasən, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan qatar bir neçə gün əvvəl İstanbula çatıb və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti üzrə yollanıb.

"Azərbaycan Dəmir Yolları"na məxsus qatar test rejimdə xəttə buraxılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişindaşınmanın təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Xəbər xətti