Gürcüstandan Azərbaycana siqaret və spirtli içkilər gətirmək istədilər - Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsinin salonunda və yük yerində gizlədilən 8200 ədəd "King", 800 ədəd "Kent" markalı siqaretlər, üzərində "Nemirovskaya" yazısı olan 16 ədəd 1 litrlik spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
26 Mart 2019 [14:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-26 14:47:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin