Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib

22:00 - 23 Mart 2019 - İDMAN

Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan və Londonun "Çelsi" komandasının yarımmüdafiəçisi Eden Azar arasında danışıq olub.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, belçikalı futbolçu "qaymaqlar"ın sıralarına qoşulmağa razılıq verib. Bildirilir ki, xavbek beş il müddətinə müqavilə imzalayacaq və "Kral klubu"nun ən yüksəködənişli oyunçusu olacaq.

"Zadəganlar" isə öz növbəsində Azarı buraxmaq istəmirlər və onun transferinə 98 milyon funt sterlinq qiymət qoyublar.
Belçikalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasının 29 matçında iştirak edib. O, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti