Bakıda ev yanıb: bir nəfər ölüb

08:26 - 23 Mart 2019 - HADİSƏ

Bakı şəhərinin Xətai rayonunda birmərtəbəli ev yanıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti