Azərbaycan buğda idxalını artırıb

2019-cu il yanvar-fevral ayları ərzində Azərbaycan 55 438,81 min dollar dəyərində 249 932 ton buğda idxal edib.

"Ölkə.Az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcm baxımından 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 34 612,54 ton və ya 16,07% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 17 594,89 min dollar və ya 46,49% çoxdur.

Bu ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,56%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mln. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Tarix
19 Mart 2019 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin