Azərbaycanda bu məhsulun istehsalı və satışı vergidən azad olunur

13:39 - 18 Mart 2019 - Xəbər

Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./report

Xəbər xətti