Beynəlxalq koalisiya Suriyaya zərbəsi endirdi, ölənlər var

20:48 - 17 Mart 2019 - DÜNYA

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor əyalətinin Baquz kəndinə hava zərbəsi endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın dövlət telekanalı xəbər verir. Məlumata əsasən, hava zərbəsi nəticəsində azı 10 dinc sakin həlak olub. Onların arasında uşaqların da olduğu bildirilir.

Xəbər xətti