ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

12:40 - 15 Mart 2019 - DÜNYA

ABŞ-da Orta və Kiçik Mənzilli Raketlərin Ləğv olunması haqqında Müqavilə (OKMRLM) əsasında qadağan olunmuş raketlərin ehtiyat hissələrinin istehsalına başlanılıb.

Bu barədə TASS məlumat yayıb. “Birləşmiş Ştatlar hazırda yaradılmaqda olan yerdən qalxan qeyri-nüvə raketlərinin sınağının təmin olunması məqsədilə bir sıra komponentlərin istehsalına başlayıb”, - deyə Pentaqon rəsmisi polkovnik-leytenant Mişel Baldanza bildirib.

Onun sözlərinə görə, ABŞ OKMRLM-nın ləğv olunmasına hazırlaşmalıdır. 
M.Baldanza yeni raketlərin sınaqlarının konkret tarixini açıqlamasa da, Rusiyanın OKMRLM müqaviləsi üzrə öhdəliklərinin icrasını bərpa edəcəyi təqdirdə belə silahların istehsalını dayandıracağını açıqlayıb. oxu.az

Xəbər xətti