“Əgər bizim bəstəkarları zəif görürlərsə, qoy onlar danışsınlar” – İttifaq sədri

20:14 - 10 Mart 2019 - Mədəniyyət

“Biz bununla bağlı hələ 2010-cu ildə məktub yazmışdıq ki, yerli bəstəkarların mahnılarından istifadə olunsun”

Ucnoqta.az xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib. O qeyd edib ki, İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” da ölkəmizi təmsil edən Çingiz Mustafayevin mahnısının müsiqisinin xarici bəstəkar tərəfindən bəstələnməsi təşkilatçıların işidir.

“Bu məsələlər kimə tapşırılıbsa, onlardan asılıdır. Yəqin belə məsləhət olub. Bu məsələ ilə bağlı bədii şura var onlardan soruşmaq lazımdır ki, bu mahnını niyə efirə buraxırlar. Əgər bizim bəstəkarları zəif görürlərsə qoy mahnı yazanlar danışsınlar.”

Qeyd edək ki, Çingiz Mustafayevin “Eurovision 2019” mahnı müsabiqəsində ifa edəcəyi “Truth” adlı mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovadır.

Xəbər xətti