Venesuela Almaniya səfirini ölkədən qovdu

20:37 - 6 Mart 2019 - DÜNYA

Venesuela hökuməti Almaniyanın səfiri Daneil Martin Krieneri “persona non qrata” elan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, diplomat 48 saat ərzində ölkəni tərk etməlidir. O, “diplomatik əlaqələrlə bağlı normaları bilərəkdən pozaraq ölkənin daxili işlərinə müdaxilə etmək”də günahlandırılır. Venesuela XİN Krienerin müxalifətlə əlaqəsi olduğunu iddia edib.

Xəbər xətti