Messi yenidən yığmaya qayıtdı

20:00 - 2 Mart 2019 - İDMAN

“Barselona” futbol klubunun argentinalı ulduzu Lionel Messi uzun müddətdən sonra ilk dəfə Argentina yığmasında çıxış edəcək.

Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatından sonra Argentina yığmasının keçirdiyi oyunlarda heyətə daxil olmayan Messi Venesuela və Mərakeşə qarşı keçiriləcək oyunlarda sahəyə çıxacaq.

Argentina yığmasının hücum xəttində Messi Dyabala, Martinez, Benedeto və Smieone kimi ulduzlar yer alacaq./olke.az

Xəbər xətti