Hindistan qırıcısının vurulma anı - Video

12:08 - 28 Fevral 2019 - DÜNYA

“Samaa” TV telekanalı pakistanlı hərbçilərin Hindistan hərbi hava qüvvələrinə aid qırıcıya hücumunu əks etdirən görüntünü yayıb.

Kadrlarda açılan atəşdən sonra yanan qırıcının yerə düşdüyünü görmək olur. Bundan əvvəl Pakistan ordusu mübahisəli Kəşmir bölgəsində hava məkanını pozan Hindistan HHQ-ə aid iki təyyarəni vurduğunu bildirmişdi. 

Hindistan tərəfi isə hava savaşının getdiyini və hər iki tərəfin bir qırıcı itirdiyini açıqlamışdı./oxu.az

Xəbər xətti